Cənub-şərq rayonlarında yağış gözlənir

Bakıda yağış

Noyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənir. Şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 6-8, gündüz 9-12 dərəcə isti proqnozlaşdırılır.

Rayonlarda da havanın əsasən yağmursuz olacağı ehtimalı var. Amma bir sıra cənub-şərq rayonlarında yağış yağcağı təxmin edilir. Bəzi yerlərdə duman gözlənir.

Gecə 4-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti proqnozlaşdırılır.