İstanbulda vertolyot qəzasında 4 əsgər həlak olub

İstanbulda qəza yeri

İstanbulda hərbi vertolyot qəzaya uğrayıb, dörd türkiyəli əsgər həlak olub, bir nəfər yaralanıb.

Müdafiə naziri Hulusi Akar-ın deməsinə görə, vertolyot noyabrın 26-da təlim uçuşları keçirərkən şəhərin Asiya hissəsində, Sancaktepe bölgəsində qəza edib.

Nazir deyib ki, pilot UH-1 vertolyotunu endirməyə çalışarkən qəza edib. Xəsarət alan hərbçinin ağır vəziyyətdə olduğu bildirilir.

Dinc sakinlər arasında xəsarət alan olmayıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Vertolyot dördmərtəbəli binanın damına dəyib, sonra iki yaşayış binasının arasına düşüb.