Müəllimlərin qurultayı keçirilir

Qurultay

Bu gün, noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı başlayıb.

AZƏRTAC-ın verdiyi məlumata görə, qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb.

Tədbirdə «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»ndan irəli gələn məsələlər müzakirə olunur.

Eyni zamanda, ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr keçirilməlidir.

«Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası» 2013-cü ildə təsdiq edilib. Strategiyanın məqsədi Azərbaycanda dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır.

Xatırlatma

Azərbaycan müəllimlərinin I qurultayı 1906-cı ilin avqustunda keçirilib.

Bundan əvvəlki - XIV qurultay isə 2013-cü ildə gerçəkləşib.