Yağış gözlənir

Yağış

Noyabrın 29-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-9, gündüz 12-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti proqnozlaşdırılır.

Noyabrın 29-da Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı ehtimalı var. Gecə 6-11, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti təxmin edilir.