«Noyabrın 29-u günün ikinci yarısından etibarən indiyə kimi güclü külək əsməsi ilə bağlı ağacların kökündən qırılması, budaqlarının sınması ilə bağlı bizə 80 müraciət daxil olub».
Bunu Bakı Şəhər Yaşıllaşdırma İdarəsindən bildiriblər.
Verilən məlumata görə, bir ağacın yıxılması nəticəsində restoranlardan birinin dam örtüyü , daha bir ağac sınması nəticəsində isə minik avtomobili ziyan görüb.
İdarədən deyilib ki, ağac sınması kimi hallar bütün Bakı şəhərində baş versə də, belə hallar paytaxtın Yasamal, Nəsimi və Xətai rayonlarında daha çox qeydə alınıb.