İsrail ordusu Livanla sərhədində Hizballah yaraqlı qrupunun qazdığı tunellərə qarşı əməliyyata başladığını elan edib.
Ordunun sözçüsü, polkovnik leytenant Jonathan Conricus deyib ki, şimal sərhədi boyunca qüvvələr yüksək hazırlıq vəziyyətinə gətirilib, ordu İsrail daxilində əməliyyat aparacaq, Livanla sərhədi keçməyəcək.
“Hizballah-ın fəaliyyətinin İsrailin hakimiyyətini azğınlıq və həyasızlıqla pozduğunu görürük”, – Conricus deyib.
Twitter-də əməliyyatı elan edən İsrail Müdafiə Qüvvələri Livanla sərhədin altından qazıldığını bildirdiyi tunellərin, həmçinin Hizbullah-ın yürüşlərindən bəzi hissələri paylaşıb.