Venesuela prezidenti Putinlə görüşəcək

Vladimir Putin Nicolas Maduro (solda) ilə görüşür, 2017-ci il

Dekabrın 5-də Rusiya Prezidenti Vladimir Putin venesuelalı həmkarı Nicolas Maduronu Moskvada qəbul edəcək. Bunu Kremlin sözçüsü Dmitry Peskov deyib.

Bu açıqlamadan öncə Maduro Twitter-də paylaşdığı videomesajda Putinlə “ciddi” danışıqlar aparmaq üçün Rusiyaya uçduğunu bildirib.

Venesuela prezidenti deyib ki, bu görüşün ölkəsiylə Rusiyanın “diplomatik və dost münasibətlərinin gücləndirəcəyini və genişləndirəcəyini” gözləyir.

Maduro sonuncu dəfə Rusiyada 2017-ci il oktyabrın 4-də olub.