«İlbəil rus sektoruna gedən uşaqların sayı artır. Bu, şəxsən məni narahat edir».
«Report»un xəbərinə görə, Milli Məclisin Elm və təhsil komitəsinin dekabrın 4-də keçirilən iclasında «Ümumi təhsil haqqında» qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Gövhər Baxşəliyeva belə deyib.
Deputat istənilən halda dil öyrənməyin əleyhinə olmadığını bildirib, rus dilini böyük bir mədəniyyətin daşıyıcısı kimi dəyərləndirib: «Amma düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Azərbaycanlı uşaqların ibtidai təhsillərini Azərbaycan dilində almaları bu mənada son dərəcə vacibdir».
Azərbaycanda rus bölməsində təhsil almaq istəyənlərin sayı artmaqdadır. Bu bəzən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir, bəzi deputatlar tərəfindən tənqid olunur.