E.Məmmədyarov İtaliyaya gedib

E.Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 25-ci toplantısında iştirak etmək üçün Milana gedib.

Bu barədə Xarici İşlər Nazirliyinin dekabrın 4-də yaydığı məlumatda deyilir.

Toplantı çərçivəsində E.Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Səfər zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü gözlənilir. Görüşün ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcəyi gözlənilir.