Ukrayna təhlükəsizlik agentliyi Rusiyanı günahlandırır

Arxiv fotosu

Ukraynanın təhlükəsizlik agentliyi böyük kiber hücumu önlədiyini bildirir və ölkənin məhkəmə sistemini hədəfə almış bu hücum cəhdinə görə Rusiya günahlandırıb.

Ölkənin təhlükəsizlik agentliyi olan SBU dekabrın 4-də bildirib ki, hakerlər ədliyyə sisteminin kompüterlərinə hücum məqsədilə saxtalaşdırılmış maliyyə sənədlərindən istifadə ediblər.

SBU hücumun “irimiqyaslı” olduğunu desə də, detalları açıqlamayıb.

2014-cü ildən, Rusiya Krımı qanunsuz ilhaq edəndən Ukrayna daimi kiberhücumlara və haker hücumlarına məruz qalıb.

2015-ci ilin dekabrında ölkənin elektrik şəbəkəsinə koordinasiyalı kiberhücumlar olunub, elektrik təchizatında böyük kəsilmələr yaranıb. SBU buna görə Rusiya günahlandırsa da, ABŞ-ın hökumət agentlikləri belə etməyib.

Müstəqil tədqiqatçılar da həmin hücuma görə Rusiya kəşfiyyat agentliklərinə bağlı rusiyalı haker qrupunu suçlayıb.