Dini etiqadla bağlı qanun dəyişdirilir

Milli Məclis

Azərbaycanda dini sferada münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

Bu haqda «Report» məlumat verir.

Ancaq qanun layihəsi haqqında detallı məlumat verilmir. Sadəcə deyilir ki, sözügedən layihənin «Dini etiqad azadlığı və dini qurumlar haqqında» adı ilə yaxın zamanlarda ilk oxunuşda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılması gözlənilir.

Yeni qanun layihəsi hazırda qüvvədə olan, 1992-ci ildə qəbul edilən «Dini etiqad azadlığı haqqında» Qanunu əvəz edəcəyi bildirilir. Onun Milli Məclisin 2019-cu il yaz sessiyasında plenar müzakirəyə çıxarılması nəzərdə tutulur.