Çin Kanadadan Huawei rəsmisini buraxmağı tələb edir

Meng Wanzhou

Çin Kanadadan Çinin Huawei texnologiya nəhənginin rəsmisini azadlığa buraxmağa çağırıb. Huawei Technologies şirkətinin baş maliyyə direktoru Meng Wanzhou-nun ABŞ-ın İrana sanksiyalarından yayınması iddiaları səslənir və o, Birləşmiş Ştatlara ekstradisiya oluna bilər.

Bəzi ekspertlərin fikrincə, bu hadisə Pekinlə Vaşinqton arasında gərginliyi daha da qızışdıracaq. Tərəflərin bir-birinin milyardlarla dollarlıq məhsuluna tariflər qoyublar.

Meng Huawei-nin idarə heyətinin sədr müavini, şirkətin qurucusu, Çinin keçmiş hərbi mühəndisi Ren Zhengfei-nin qızıdır.

Huawei dünyada telefon və internet şirkətlərinin işlətdiyi şəbəkə avadanlığının ən böyük təchizatçısıdır.

ABŞ kəşfiyyat rəsmiləri şirkəti Çin ordusu və təhlükəsizlik xidmətləri üçün casusluqda suçlayır.

Vaşinqton mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib.

Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri John Bolton NPR radiosuna deyib ki, Mengin həbsindən öncədən xəbəri olub, amma detalları açıqlamayıb.