Ermənistanda seçkiqabağı sakitlik günüdür

Foto arxiv

Dekabrın 8-i Ermənistanda seçkiqabağı sakitlik günüdür.

Seçki məntəqələrinin bağlanması da daxil olmaqla ölkədə seçkiqabağı təbliğat qadağan edilib.

Qeyd edək ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək.

Yerli vaxtla səhər saat 8-dən başlayacaq seçki, axşam saat 8-dək davam edəcək.

Dekabrın 9-da ölkədə vaxtındanəvvəl parlament seçkisi keçiriləcək.

Baş nazir əvəzi Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku da daxil olmaqlıa seçkidə ümumilikdə 11 siyasi qüvvə mübarizə aparır.

Analitiklər hesab edir ki, Pashinyanın bloku qəti qələbə qazanacaq.

Pashinyan hakimiyyətə bu ilin aprel-may aylarında keçirilən kütləvi küçə etirazları ilə gəlib.

Yeni seçkidə həmin vaxt hakimiyyətdən uzaqlaşıdırılmış “Respublika” partiyası da iştirak edir.

Bu partiyaya keçmiş ölkə rəhbəri Serzh Sarqsyan rəhbərlik edir.

Partiya Pashinyanı administrativ vasitələrdən sui-istifadə etməkdə günahlandırır.

Pashinyan ittihamı rədd edir.