AB məhkəməsindən Brexit qərarı

Theresa May

Avropa Birliyinin ali məhkəməsi qərar verib ki, Britaniya qurumun 27 digər üzvünün icazə olmadan blokdan çıxmağı dayandıra bilər.

Avropa Ədliyyə Məhkəməsinin dekabrın 10-da çıxardığı qərara görə, bunu Britaniyanın üzvlük şərtlərini dəyişdirmədən etmək mümkündür.

Breksitə qarşı çıxan bir qrup siyasətçi deyirdi ki, Britaniya bu prosesi birtərəfli dayandıra bilməlidir. Ancaq hökumət və AB onlara qarşı çıxırdı.

Baş nazir Theresa May hökuməti ötən ay Brüssellə Breksit şərtlərini razılaşdırıb. Sabah Britaniya parlamenti həmin razılaşmanı səsə qoyacaq.

Britaniyanın AB-dən çıxması gələn marta planlaşdırılır.

Leyboristlər, Liberal Demokratlar, May-in özünün Mühafizəkarlar partiyasından deputatlar bu şərtlərə qarşı çıxırlar. Bu da razılaşmanın İcmalar Palatasında keçmək ehtimalını azaldır.