Rusiya hökuməti həkim və müəllimlərlə alkoqollu içkilər bağışlanmasını qadağan etməyi nəzərdən keçirir.
RBK-nın məlumatına görə, bu, nazirlər kabinetinin Dövlət Dumasına təqdim etdiyi düzəlişdə nəzərdə tutulur.
Amma sənəddə rəsmi tədbirləri zamanı hədiyyə edilən çiçək və dəfdərxana ləvazimatları istisna edilir.
Beləliklə həkimlər və müəllimlər qalan hədiyyələrdən məhrum olunacaqlar.
Dövlət xidmətinin inkişadı departamentinin direktoru Dimitri Basnak “RİA Novosti”yə müsahibəsində deyib ki, hazırda bu məsələ Vətəndaş məcəlləsinin 575-ci maddəsi ilə tənzimlənir və 3 min rubldan bahalı hədiyyə götürmək olmaz.
Yeni qaydaya əsasən isə hədiyyələr yalnız rəsmi tədbirlərdə qəbul ouna bilər.
Basnak ümid edir ki, qanun artıq 2019-cu illərin ortalarında qəbul ediləcək.