İ.Əliyev İran komandanı ilə görüşüb

Azərbaycan-İran sərhədi

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı deyib ki, Azərbaycan ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən sərhədlərin mühafizəsi ilə bağlı uğurla inkişaf edir.

Xəbərə görə, prezident İ.Əliyev İran-Azərbaycan sərhədini dostluq sərhədi kimi dəyərləndirib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.