Rusiya Milli Qvardiyasının rəhbəri Navalny-ni məhkəməyə verir

Viktor Zolotov

Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov müxalifətçi Aleksei Navalny-ni məhkəməyə verib, ondan şərəf və ləyaqətinə vurduğu ziyana görə 1 milyon rubl (15 min dollar) kompensasiya tələb edir.

Zolotovun vəkili Shota Gorgadze dekabrın 11-də deyib ki, müştərisi məhkəmənin Navalny-nin iddialarının həqiqət olmaması barədə qərar çıxarmasını istəyir. Navalny Zolotova "korrupsioner" deyib.

Gorgadze deyib ki, Zolotov işi udarsa, alacağı kompensasiyası uşaq evinə verəcək.

***Buna da bax: Rusiya Milli Qvardiyasının başçısı müxalifətçini ‘duelə’ çağırır

Navalny avqustda yaydığı videoda dəbdəbəli evləri göstərib, onların Zolotov və ailə üzvləri tərəfindən “oğurlanmış pul”la alındığını deyib.

Vaxtilə metallurq işləmiş Zolotov uzun müddət Prezident Vladimir Putinin təhlükəsizlik ximətinin rəhbəri olub. O, sentyabrda yaydığı videoda unforma geyinərək Navalny-ni duelə çağırıb, opponentindən “qiymə düzəldəcəyini” deyib.

Navalny isə oktyabrda Zolotovun çağırışı qəbul etdiyini, amma onu öz seçdiyi silahla televiziya debatına çağırdığını deyib.

Zolotov Navalny-nin çağırışını rədd edib.