May-ə etimad səsverməsi keçiriləcək

Theresa May

Dekabrın 12-də Britaniyanın Baş naziri Theresa May-ə özünün Mühafizəkarlar Partiyasının üzvləri tərəfindən etimad səsverməsi keçiriləcək.

Partiya rəsmisi Graham Brady deyib ki, deputatlardan alınmış 48 məktub belə bir səsvermənin keçirilməsini mümkün edib.

Britaniya 201-cı ildə Avropa Birliyindən çıxmağa səs verəndən az sonra May baş nazir seçilib.

O, Brüssellə əldə etdiyi Brexit sazişinə görə öz partiyası daxilində tənqid olunur.

Dekabrın 10-da baş nazir sazişin parlamentdə planlaşdırılan səsverməsini ləğv edib.

Bu addım deputatları qəzəbləndirib. Onlar Britaniyanın AB-dən çıxmasının şərtlərini tənzimləyən sazişin səsverməyə çıxarılmasını istəyirdilər.