Dağlıq ərazilərdə qar gözlənir

Xınalıq

Dekabrın 14-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 4-8, gündüz 9-13, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti təxmin edilir.