Son iki ay yarımda 46 nəfər dəm qazından zəhərlənib

Qış fəslinin gəlməsi ilə dəm qazından zəhərlənmə halları artıb.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovun AZƏRTAC-a verdiyi məlumata görə, oktyabrda 9, noyabrda 21, dekabrın birinci yarısında isə 21 xəstə kəskin inhalasiyon dəm qazı zəhərlənməsi ilə xəstəxanaya qəbul edilib. Zəhərlənənlər arasında 7 uşaq həkimlərin səyi nəticəsində həyata qaytarılıb.

Zəhərlənmə diaqnozu qoyulanların 6-nın vəziyyəti ağır, qalanlarının isə orta ağır qiymətləndirilib. Dəm qazından zəhərlənənlər arasında ölüm halları qeydə alınmayıb.
Azərbaycanda hər qış fəsilində dəm qazı səhərlənməsi narahatlıq doğurur.Bəzi ekspertlər əhaliyə verilən qazın tərkibində problemlər olduğunu düşünürlər. Hərçənd, rəsmilər bunu qəbul etmirlər. Onlar dəm qazı zəhərlənməsini, əsasən bacaların təmizlənməməsi və başqa təhlükəsizlik tədbirlərinin görülməməsi ilə izah edirlər.