Xəzərdə zəlzələ olub

Zəlzələ

Dekabrın 17-də Xəzər dənizində 4.7 maqnitudada zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:03:39-da qeydə alınıb.

Ocağı 44 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın yaşayış ərazilərdə 3 bala qədər hiss olunub. Tələfat barədə məlumat yoxdur.