ABŞ Ukraynanın yeni Pravoslav Kilsəsini təbrik edir

Metropolitan Epifaniy

Birləşmiş Ştatlar Ukraynanın yeni Pravoslav Kilsəsini Rusiyadan ayrılması münasibətilə təbrik edib. Qeyd edək ki, bu addım Moskvanı qəzəbləndirib, Rusiyayla Ukrayna arasında gərginliyi artırıb.

ABŞ Dövlət Departamenti dekabrın 17-də yeni kilsənin lideri Metropolitan Epifaniyə təbrik göndərib, bunu “Ukrayna tarixində tarixi məqam” adlandırıb.

İllər boyu Ukraynada üç rəqib pravoslav kilsəsi olub. Ən böyüyü Moskva Patriarxlığıdır, rəsmən Ukraynanın olsa da, Moskvaya tabedir.

Ukraynanın pravoslav liderləri dekabrın 15-də yeni milli Pravoslav Kilsənin yaradılması üzrə razılığa gəliblər, 39 yaşlı Epufaniyi başçı seçiblər.

Yanvarın 6-da İstanbul Patriarxlığının bu kilsəyə “tomos” müstəqillik dərəcəsi verəcəyi gözlənir.

Rusiya Birləşmiş Ştatları İstanbul Patriarxlığını müstəqilliyi dəstəkləməyə həvəsləndirməkdə ittiham edir.

Dünyadakı pravoslav kilsələrinin ən böyüyü və zəngini olan Rusiya Pravoslav Kilsəsi etiraz olaraq İstanbul Patriarxlığı ilə əlaqələri kəsib.