Beynəlxalq Kosmik Stansiyadan qayıdan var

Oleg Kononenko (sağda) və Sergei Prokopyev Kosmik Stansiya ətrafında gəzişir

Beynəlxalq Kosmik Stansiyanın üç heyət üzvü bu gün – dekabrın 20-də Yerə qayıdır.

Heyətin almaniyalı komandiri Alexander Gerst, ABŞ astronavtı Serena Aunon-Chancellor və rusiyalı kosmonavt Sergei Prokopyev bu gün səhər Rusiyanın Soyuz raketində Qazaxıstandakı Baykonur kosmodromuna enməlidirlər.

Soyuz raketinin Yerə enişinə Prokopyev komandirlik edir.

Üç heyət üzvü kosmosda 190 gündən artıq olublar, müxtəlif eksperimentlər aparıblar.

Bu həftənin əvvəlində Gerst Beynəlxalq Kosmik Stansiyanın komandirliyini rusiyalı Oleg Kononenko-ya təhvil verib.

Dekabrın 11-də Kononenko və Prokopyev kosmosa çıxıb, kosmik stansiyanın xaricindən nümunələr götürüblər. Onlar stansiyaya yan almış kosmik aparatdakı kiçik deşiyin sirrini tapmaq istəyirlər.

Kononenko, ABŞ-dan Anne McClain və Kanadadan David Saint-Jacques dekabrın əvvəlində Beynəlxalq Kosmik Stansiyaya çatıb və altı aylıq missiyaya başlayıblar.