Senat hökumətin maliyyə layihəsini təsdiqləyir

ABŞ-Meksika sərhədində miqrantlar

Dekabrın 19-da axşam ABŞ Senatı hökumətin maliyyələşdirilməsinə dair layihəni təsdiqləyib. Bu, azından fevralın 8-dək hökumətin qapadılmasının önlənməsi yönündə ilk addımdır.

Ancaq sənədi hələ Nümayəndələr Palatası təsdiqləməli, Prezident Donald Trump onu imzalamalıdır. Son tarix dekabrın 21-i gecəyarısıdır.

Ağ evdən Senatın addımına hələlik, şərh gəlməyib.

Layihədə ABŞ-Meksika sərhədinin hasarlanmasından ötrü Trump-ın tələb etdiyi vəsait yoxdur.

Trump bundan öncə demişdi ki, istədiyi 5 milyard dollar sənədə salınmasa, hökuməti qapadacaq. Ancaq sonradan həmin təhdiddən geri çəkilmiş kimi göründü.

ABŞ mediası dekabrın 20-də səhər Ağ evin adı çəkilməyən rəsmilərinə istinadla yazıb ki, prezident çox güman, sənədi imzalayacaq.