Bakıda atəşfəşanlıq olacaq

Bakıda atəşfəşanlıq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 31-i Bakıda atəşfəşanlıq təşkil olunacaq.

Bunu AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər.

İcra Hakimiyyətindən verilən məlumata görə, bayram şənlikləri münasibətilə Azadlıq meydanında şəhərin ən böyük yolkası quraşdırılıb. Eyni zamanda, Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub. Oradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarınin, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması işləri həyata keçirilib.

Xatırlatma

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycanda Yeni il bayramı ilə birlikdə dekabrın 31-də keçirilir. Bu bayram 1992-ci ildən Azərbaycanda qeyd edilir.1989-cu il dekabrın son günlərində Azərbaycan SSRİ-nin İranla sərhəd bölgələrində sərhəd dirəkləri sökülüb. Bu o vaxt İranda yaşayan azərbaycanlılarla həmrəylik aksiyaları sayılıb.