Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, son 4 gündə ölkədə borca görə 60-dan çox şəxs saxlanıb.
DİN-in məlumatında vurğulanır ki, dekabrın 24-də 17, 23-də 3, 22-də 19, 21-də isə 32 nəfər borcla bağlı axtarışda olduğundan saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
DİN-in yaydığı kriminal xronikada hər günə aid faktlar öz əksini tapır. Həmin məlumatlara görə, Azərbaycanda borca görə saxlanan insanların sayı bəzi günlərdə bir-, bəzi günlərdə də ikirəqəmli olur.
Dünən, dekabrın 25-nə aid məlumatlar isə, hələlik, yayılmayıb.