Əfqanıstan prezident seçkisini ertələməyi düşünür

Əfqanıstanda parlament seçkisində səs vermək üçün növbəyə dururlar, 21 oktyabr, 2018-ci il

Əfqanıstanın seçki orqanları gələn ilin aprelinə planlaşdırılan prezident seçkisini ertələməyi nəzərdən keçirirlər. Bu, qeydiyyatda yubanmalar və texniki məsələlərlə izah olunur.

Müstəqil Seçki Komissiyasının sözçüsü Zabi Sadat dekabrın 27-də AzadlıqRadiosu-na deyib ki, qurum seçkinin ertələnməsindən ötrü “bütün aidiyyatı tərəflərlə” görüşür. O, seçkinin iyunadək təxirə salına biləcəyini söyləyib.

Sadat deyib ki, komissiya dekabrın 27-də son qərarını açıqlayacaq.

Namizədlərin qeydiyyatı dekabrın 22-də başlanıb, yanvarın 2-dək davam edəcəkdi. Ancaq istənilən namizədin qeydiyyata alınmaması səbəbindən tarix uzadıla bilər, sözçü əlavə edib.

Seçki komissiyası oktyabrdakı parlament seçkisində yaranmış texniki və logistik problemlərin təkrarlanmamasını istəyir.

Qurum hələ də parlament seçkisinin nəticələrini yekunlaşdırmaqla məşğuldur və müşahidəçilər apreldə prezident seçkisini təşkil etməsinin çətin olacağını deyirdilər.

Komissiya seçkini ertələməyi artıq nəzərdən keçirib, amma noyabrda deyirdi ki, səsvermə vaxtında olacaq.