ABŞ-ın ən yaşlı veteranı vəfat edib

ABŞ-da tədbir, arxiv fotosu

2-ci Dünya müharibəsi veteranı, Birləşmiş Ştatların ən yaşlı sakini hesab olunan şəxs 112 yaşında vəfat edib.

Veteran Richard Overton dekabrın 27-də Texasın Austin şəhərində reabilitasiya mərkəzində dünyasını dəyişib.

O, həm də 2-ci Dünya Müharibəsinin Birləşmiş Ştatlarda yaşayan ən yaşlı veteranı hesab olunurdu.

Son bir neçə ildə yaşına və müharibədəki xidmətinə görə Overtona diqqət artmışdı.

O, 1906-cı il mayın 11-də Texasda anadan olub, 1942-ci ildə orduya gedib.

İki dəfə evlənsə də, övladı olmayıb.

2013-cü ildə ovaxtkı Prezident Barack Obama Veteranlar Günündə onu mükafatlandırıb. Obama onu Ağ evə də dəvət etmişdi.