Dağlıq ərazilərdə qar gözlənir

Qar

Dekabrın 29-da Bakı və Abşeron yarımadasında havanın arabir yağıntılı, gündüz dəyişkən buludlu olacağı gözlənir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub küləyi ilə əvəz olunacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 29-da Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gecə 0-4, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti təxmin edilir.