Metroda iş vaxtı artırılıb

Metro

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il bayramı münasibətilə Bakı Metropoliteninə giriş daha iki saat uzadılıb.

Bu barədə «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaydığı açıqlamada bildirilir.

Açıqlamaya görə, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub.

Zərurətdən asılı olaraq, xəttə ehtiyat qatarlar da nəzərdə tutulub.

Bundan əlavə, paytaxtda keçirilən kütləvi bayram tədbirləri ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə metronun iş vaxtı artırılıb. Həmin gecə saat 2-yə qədər metro açıq olacaq.

Xatırlatma

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycanda Yeni il bayramı ilə birlikdə dekabrın 31-də keçirilir. O, Azərbaycanda 1992-ci ildən, mərhum prezident Əbülfəz Elçibəyin fərmanına əsasən qeyd edilir. 1989-cu il dekabrın son günlərində Azərbaycan SSRİ-nin İranla sərhəd bölgələrində sərhəd dirəkləri sökülüb. Bu o vaxt İranda yaşayan azərbaycanlılarla həmrəylik aksiyaları sayılıb.