Əfqanıstanda yenə təhlükəsizlik əməkdaşları öldürülüb

Arxiv fotosu

Əfqanıstanın şimalında Sare Pul vilayətində Taliban yaraqlıları təhlükəsizlik məntəqələrinə hücum ediblər, bir neçə əməkdaşı qətlə yetiriblər.

Vilayətin Sayyad bölgəsində yanvarın 1-də törədilmiş hücumların birində dörd əməkdaş öldürülüb. Yerli polis rəisi Khalil Khan da öldürülənlər sırasındadır. AzadlıqRadiosu bunu mənbəyə istinadla xəbər verir.

Dpa agentliyi yerli rəsmiyə istinadla yazır ki, Əfqanıstanın kəşfiyyat agentliyinin vilayət üzrə yüksəkçinli rəsmisi, bir ordu şirkətinin komandiri də öldürülüb. İki təhlükəsizlik postuna hücumda ümumilikdə 23 təhlükəsizlik əməkdaşının öldürüldüyü xəbər verilir.

Sayyadda döyüşlər bir neçə saat çəkib.

AP agentliyi Talibanın sözçüsü Qari Yousof Ahmadi-yə istinadla qruplaşmanın hər iki hücuma görə məsuliyyəti üzərinə götürdüyünü xəbərləyir.