Ermənistana gələn gedəndən çoxdur

Nikol Pashinian

Ötən il yanvarın 1-dən dekabrın 25-dək Ermənistanı tərk edənlərlə qayıdanlar arasında müsbət saldo yaranıb – 20 min 713 nəfər.

Bu haqda Facebook səhifəsində ölkənin baş naziri vəzifəsini icra edən Nikol Pashinian yazıb.

Ötən ilin göstəricisi mənfi 25 min 932 idi. Yəni ölkədən gedənlərin sayı qayıdanlardan 25 min 932 nəfər çox idi”, – Pashinian yazıb.

Onun sözlərinə görə, ekspertlər ötən il ölkədə miqrasiya saldosunun müsbət 10 min olacağını proqnozlaşdırırdılar.

“Yəni real göstərici proqnozu iki dəfə aşıb”, – Pashinian qeyd edib.