Danimarkada qatar qəzasında altı nəfər ölüb

Hadisə yeri

Danimarkanın iki böyük adasını birləşdirən körpü üzərində qatar qəzaya uğrayıb, altı nəfər həlak olub, 16 nəfər yaralanıb.

Dəmiryol şəbəkəsi rəsmilərinin sözlərinə görə, yanvarın 2-də güclü tufanda yük qatarı sərnişin qatarıyla toqquşub və qatar qəfil əyləci basmalı olub.

Hadisə yerindən yayılmış fotolarda yük qatarı konteynerlərinin böyürlərinin dağıldığı görünür.

Xilasedicilər pis hava şəraitində sərnişin qatarına çatmağa çalışırlar.

Hadisə zamanı qatarda 131 sərnişin, üç heyət üzvü olub.

Qatar Funen adasındakı Odense şəhərindən Danimarkanın paytaxtı, Zelandiya adasında yerləşən Kopenhagenə gedirmiş.