Almaniya BMT-nin Təhlükəsizlik Şurasında

BMT-nin Təhlükəsizlik Şurasının iclası, arxiv fotosu

Almaniya son altı ildə ilk dəfə olaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayıb.

Yanvarın 2-də yeni qeyri-daimi üzvlərin ilk rəsmi iş günü olub. İclasda şuranın aylıq gündəliyi müzakirə olunub, Nyu Yorkdakı qərargahda bayraqqaldırma mərasimi də keçirilib.

Növbəti iki il ərzində şuranın qeyri-daimi üzvləri sırasında İndoneziya, Cənubi Afrika, Belçika, Dominikan Respublikası da olacaq.
https://www.un.org/securitycouncil/content/current-members

Almaniya Kansleri Angela Merkel Yeni il müraciətində deyirdi ki, Berlin dünya işlərində daha böyük rol oynamağa çalışır.

Yanvarda şuranın prezidenti Dominikan Respublikasıdır.

Ötən ilin sonunda Qazaxıstan, Boliviya, Efiopiya, Niderland və İsveçin iki illik qeyri-daimi üzvlüyü başa çatıb.