Luvr muzeyi rekord vurub

Luvr piramidası

Ötən il Parisdəki Luvr muzeyinə rekord sayda ziyarətçi baş çəkib – 10 milyondan çox. Bu, 2017-ci ildəkindən 25 faiz çoxdur. Bu günədək dünyanın heç bir muzeyi belə nəticə əldə etməyib, Luvrun direktoru Jean-Luc Martinez deyib.

Muzey ziyarətçilərinin dörddə üçü əcnəbilər olub, əsasən ABŞ və Çindən. Luvra gedənlərin əksəriyyəti 30 yaşdan gəncdir.

2012-ci ildə muzeydə 9,7 milyon nəfər olmuşdu. Onda muzeydə İslam incəsənəti şöbəsi acımış, Leonardo da VinçiRafaelə həsr olunmuş sərgilər təşkil edilmişdi.

Muzeyin direktorunun sözlərinə görə, ötən il ziyarətçilərin artmasına səbəb silsilə teraktlardan sonra xarici turizmdəki artımdır. Bundan başqa, muzeydə təmir işləri aparılıb və bu, daha çox ziyarətçiyə xidmət göstərməyə imkan yaradır. Üstəlik, muzey biletləri elektron formada da satır.

Bu ilsə Luvr ziyarətçiləri iki böyük tədbirlə cəlb etməyi planlaşdırır: Leonardo da Vinçinin ölümünün 500 illiyində onun əsərlərinin retrospektivi və muzeyin şüşə piramidasının 30 illiyi münasibətilə sərgi nəzərdə tutulur.

Luvr 1793-cü il avqustun 10-da Fransa inqilabı zamanı ictimaiyyət üçün açılıb.