Küləkli hava gözlənir

Bakı

Yanvarın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 2-4, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 4-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir. Qərb küləyinin əsəcəyi, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənir.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 4-ü axşamdan 5-i səhərədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi ehtimal edilir. Bu da meteohəssas insanlara əlverişsizdir.