Yanvarın 5-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Asiya futbol çempionatı başlanır.
Bu turnirə İran, Qırğızıstan, Türkmənistan və Özbəkistan daxil 16-24 komanda qatılır.
Hazırkı çempion Avstraliyadır, 2015-ci ildə çempionata ev sahibliyi edərək bu titulu qazanıb.
Ötənilki dünya çempionatında Asiyanın ən uğurlu komandası Yaponiya olub. FIFA-nın reytinqində Asiyanın ən irəlidə gedən komandası olan İranın da qalib gəlmək şansı böyükdür.
Bu turnir regionda gərginliyin qızışdığı bir dönəmə düşüb.
2016-cı ildə BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib. Səudiyyə Qətərlə qrup mərhələsində qarşılaşacaq.
2022-ci ilin dünya çempionatı Qətərdə olmalıdır.