Yanvarın 9-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ilə görüşü olub.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, görüş İranın Biləsuvar şəhərində keçirilib.
Məlumatda bildirilir ki, tərəflər sərhəd təhlükəsizliyinin təminatı məsələləri, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya ilə mübarizə sahəsində sərhəd-mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir mübadiləsi aparıblar.
«Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili... məqsədilə görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub», DSX açıqlamasında vurğulanır.