Anatoly Lukyanov 88 yaşında dünyasını dəyişib

Anatoly Lukyanov

Kommunist Partiyasının keçmiş rəsmisi Anatoly Lukyanov 88 yaşında dünyasını dəyişib. O, 1991-ci ildə sovet lideri Mikhail Gorbachev-ə qarşı dövlət çevrilişi alınmayınca həbs olunmuşdu.

Rusiya dövlət televiziyası Ali Sovetin sonuncu sədri olmuş Lukyanovun yanvarın 9-da vəfat etdiyini bildirib, ancaq ölümün səbəbini açıqlamayıb.

Lukyanov Gorbachev-in aparıcı müşaviri idi, onlar bir-birini tələbəlikdən tanıyırdılar.

O, 1990-cı ildə, Gorbachev Sovet ittifaqının prezidenti postuna gedincə Ali Sovetin sədri seçilir.

Lukyanov Gorbachev-in siyasi və iqtisadi islahatlarının gerçəkləşdirilməsində əsas rol oynayıb, ancaq Kommunist Partiyasının hakimiyyətinə son qoya biləcək siyasətin açıq tənqidçisinə çevrilir.

1991-ci ilin avqustunda sərt-xətt tərəfdarı olan kommunistlər Gorbachev-ə qarşı çevriliş planlayırlar. Onlar sovet liderini ev dustağı edir, tankları Moskvanın mərkəzinə göndərir.

Ancaq minlərlə adam tanklara qarşı çıxan Rusiya lideri Boris Yeltsini dəstəkləyir. Sonucda çevriliş alınmır, bununla da kommunistlərin 70 illik hakimiyyətinə son qoyulur.

Lukyanov həmin çevriliş təşkilində ittiham olunmasa da, onu dəstəkləməkdə suçlu bilinir, bir neçə nəfərlə birlikdə həbs olunur, həbsxanada bir ildən çox qalır.

O, 1993-cü ildə Gennady Zyuganov-a birlikdə Rusiya Kommunist Partiyasını yaradır.

Çevriliş liderlərinə 1994-cü ildə amnistiya verilir.