Parisdəki partlayışda 3 nəfər ölüb, kütləvi etirazlar isə davam edir

Parisdə bahalaşmaya qarşı etiraz aksiyası.

Parisin mərkəzindəki çorək sexlərindən birində baş verən partlayışda azı 2 yanğınsöndürən həlak olub,50-ə yaxın adamsa xəsarət alıb.Xəsarət alanlardan 10-u ağır vəziyyətdədir.

Bu barədə yanvarın 11-də Reuters agentliyi xəbər verib.

Hakim dairələr hesab edir ki, partlayış qaz sızmasından baş verib.

Şahidlərin sözlərinə görə, yanğınsöndürənlər çörək sexinə təxminən partlayışdan bir saat əvvəl giriblərmiş.

Daxili işlər naziri Kristof Kastanerin sözlərinə görə, alovla mübarizəyə 200-dək yanğınsöndürən cəlb edilib.Nazir ətrafdakı sakinlərin evakuasiya edildiyini deyir.

Qeyd edək ki, partlayış bahalaşmaya qarşı şəhərdə keçirilən kütləvi etiraz aksiyası fonunda baş verib.

Buna görə polis hazırlıq vəziyyətinə gətirilib. Yanvarın 12-də şəhərdə asaişin qorunmasına 5 minədək polis qüvəsi cəlb edilib.

Polis yenə də aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, artıq bir neçə aydır ki, paytaxt Paris və ölkənin digər şəhərlərində dizel yanacağına verginin qaldırılması və ümumilikdə bahalaşmaya etiraz olaraq kütləvi aksiyalar keçirilir.

Hökumətin sonda güzəştə gedərək iqtisadi islahatları 6 aylıq dayandırmasına baxmayaraq, “sari jiletli” aksiyaçılar hər istirahət günləri Parisin küçələrində etiraz aksiyasına çıxırlar.

Əvvəlki aksiyalar zamanı dəfələrlə polislə etirazçılar arasında toqquşmalar olub, yüzlərlə aksiyaçı saxlanıb ,mağazalar qarət edilib və onlarla avtomobil yandırılıb.