Pashinian yenidən baş nazir təyin olunub

Nikol Pashinian hökumətin iclasında

Nikol Pashinian ikinci müddətə Ermənistanın baş naziri təyin olunub. Onun siyasi alyansı dekabrın 9-da keçirilmiş parlament seçkisində çoxluğu qazanmışdı.

Yanvarın 14-də 132 üzvlük parlament ilk iclasına yığışıb. Prezidenti Armen Sarkisian isə uyğun fərmanı imzalayıb.

Pashinian-ın “Mənim Addımım” alyansı seçkidə səslərin 70 faizdən çoxunu, yəni qanunverici orqanda 88 yer əldə edib.

İki müxalifət partiyası – Firavan Ermənistan Partiyası (BHK) və İşıqlı Ermənistan uyğun olaraq 26 və 18 yerə sahibdir.

Ermənistanda seçki

Keçmiş hakim Respublikaçı Partiyası (HHK) isə son parlament seçkisinə keçmək üçün gərəkən 5 faizlik baryeri aşa bilməyib.

Əvvəllər korrupsiyadan yazmış jurnalist və müxalifətdən deputat olmuş Pashinian mayda baş nazir postuna keçib. O zaman küçə etirazları nəticəsində Serzh Sarkisian baş nazir postunda cəmi bir həftə qala bilmiş, istefaya məcbur olmuşdu.

Amma HHK parlamentdəki çoxluğu saxlamışdı.

Pashinian oktyabrda istefaya getdiyin açıqladı, parlament buraxıldı və erkən seçkilər təyin olundu.

İndi artıq Pashinian-ın parlament çoxluğu ona korrupsiyayla mübarizə və iqtisadi islahatlar proqramını gerçəkləşdirməyə imkan verəcək.