ABŞ İranın peykburaxma cəhdini pisləyir

İranın xəbər agentliklərinin yaydığı foto

Birləşmiş Ştatlar İranın orbitə son peykburaxma cəhdini pisləyib, xəbərdarlıq edib ki, Vaşinqton İranın “beynəlxalq normalara açıq-aşkar sayqısızlığına dözməyəcək”.

Bu bəyanatla Dövlət katibi Mike Pompeo yanvarın 15-də çıxış edib. Bundan bir neçə saat öncə isə İran rəsmiləri ekoloji monitorinq peykini orbitə çıxara bilmədiklərini açıqlayıblar.

İranın dövlət televiziyasına müsahibəsində telekommunikasiya naziri Mohammad Javad Azari Jahromi alimlərin tədqiqatı davam etdirdiyini bildirib. O, daha sonra Twitter-də yazıb ki, tezliklə daha bir peyk buraxılacaq.

Prezident Hassan Rohani bu günlərdə demişdi ki, hər iki peykin niyyəti İranda ətraf mühit dəyişikliyinə dair informasiya toplamaqdır.

Pompeo isə bəyanatında qeyd edib ki, İranın peyk proqramında “ballistik raketlərdəkinə oxşar” texnologiyadan istifadə olunur.

İsrailin Baş naziri Benjamin Netanyahu da peykburaxma cəhdini pisləyib, bunu “qitələrarası raketin ilk mərhələsi” adlandırıb.

İran isə orbitə peyk buraxmasının BMT qətnaməsini pozmadığını deyir.