Beynəlxalq Olimpiya Komitəsi Davit Modzmanashvili-ni dopinq qaydalarını pozduğuna görə gümüş medaldan məhrum edib. O, 2012-ci il London olimpiadası zamanı Gürcüstan adına yarışarkən medal qazanmışdı.
Güləşçi 2017-ci ildən Özbəkistan üçün yarışır. Beynəlxalq Komitənin yanvarın 17-də bildirməsinə görə, 32 yaşlı idmançının həmin oyunlar zamanı verdiyi nümunələr yenidən yoxlanıb və onda qadağan olunmuş turinabol maddəsi aşkarlanıb.
Beynəlxalq Sınaq Agentliyi Londonda verilmiş nümunələri yeni elmi metodlarla yoxlayır. Bu metodlar daha öncə aşkarlanmamış maddələri üzə çıxarır.
Modzmanashvili 120 kiloqramlıq çəki dərəcəsində sərbəst güləşdən uzaqlaşdırılıb və Ümumdünya Güləş birliyi də onu kənarlaşdıra bilər.
Modzmanashvili 2012-ci ildə Özbəkistandan Artur Taymazova uduzmuşdu. Taymazov isə 2008-ci ildə Pekində də titul qazanmışdı, ancaq sonrada dopinq məsələsinə görə qızıl medaldan məhrum edilib.