Ayazlı, şaxtalı...

Şaxta

Yanvarın 19-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Mülayim şimal küləyinin əsəcəyi ehtimalı var.

Ekologiya Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 19-da Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təxmin edilir.