Al-Qaeda-ya bağlı qrup Malidəki hücuma görə məsuliyyəti götürüb

BMT sülhməramlıları, arxiv fotosu

Al-Qaeda-ya bağlı Nusrat al-Islam qruplaşması Malinin şimalında BMT-nin sülhməramlı missiyasına hücuma görə məsuliyyəti üzərinə götürüb. Həmin hücum zamanı BMT-nin 10 əsgəri öldürülüb, azı 25 nəfər yaralanıb.

İslamçı ekstremist qrup yanvarın 21-də Telegram-da yaydığı bəyanatda bildirir ki, bu hücum Çad prezidenti Idriss Deby-nin İsraillə diplomatik münasibətləri bərpasına cavab olaraq gerçəkləşdirilib.

BMT əsgərlərinin hücuma “sərt reaksiya” verərək hücum edənlərin xeylisini öldürdüyünü bildirib, amma konkret rəqəm açıqlanmayıb.

2013-cü ildən Qərbi Afrikanın bu ölkəsində 100-dən çox BMT əsgəri qətlə yetirilib.

Hazırda Malidə 13 min sülhməramlı var. Yaraqlılar 2012-ci ildə ölkənin şimalını tutandan burada BMT missiyası yaradılıb.

2013-cü ildə Fransa ordusu onları geri oturdub və Malidə 4 min fransız əsgəri də var.

2015-ci ildə Mali hökumətilə silahlı qruplar arasında sülh razılaşması imzalanıb. Məqsəd ölkədə sabitliyin bərpası idi. Amma bu razılaşma da islamçı yaraqlıların törətdiyi zorakılıqları önləyə bilməyib.