Avropa Gənclər Olimpiya Festivalına hazırlıq necə gedir

Avropa Gənclər Olimpiya Festivalının loqosu

Yanvarın 15-16-da Avropa Olimpiya Komitələrinin Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalının Koordinasiya Komitəsi Bakıda yığışıb.

Qurumun yaydığı məlumatda ikigünlük toplantının səmərəli keçdiyi, ona Djordje Visacki-nin sədrlik etdiyi vurğulanır. Yerli təşkilatçılar bütün əməliyyat sahələrində hazırlıqla bağlı məlumat veriblər.

10 idman növü üzrə yarışlar 12 məkanda keçiriləcək. Açılış və bağlanış mərasimlərinin isə Kristal Zalda keçiriləcəyi planlaşdırılır.

Festival zamanı bir sıra təhsil və mədəniyyət layihələrinin də gerçəkləşdiriləcəyi bildirilir.

15-ci Yay Avropa Gənclər Olimpiya Festivalı Bakıda bu il iyulun 21-dən 27-dək keçiriləcək. Festivala 3 min 600 atlet və komanda rəsmisinin, 2 min 500 könüllünün qatılacağı bildirilir.

*** Buna da bax: Deputat: 'Düz 20 ölkə bu yarışın keçirilməsi üçün xahiş edir'