Yanukovych-ə vətənə xəyanətə görə 13 il iş kəsildi

Viktor Yanukovych

Kiyev məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-i vətənə xəyanətdə, Ukraynanın sərhədlərinin dəyişdirilməsi cəhdi ilə əlbirlikdə, müharibə aparmaqda təqsirli bilib.

Yanvarın 24-də hökmü oxuyan Kiyev Obolonski Məhkəməsinin hakimi Vladyslav Devyatko deyib ki, Yanukovych Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qoşun yeritməyə çağırmaqda təqsirli bilinib.

Yanukovych 13 il müddətinə azadlqıdan məheum edilib.

Yanukovych üç maddə üzrə ittiham olunurdu – vətənə xəyanət, müharibə aparmaqda əlbirlik, Ukraynanın ərazi bütövlüyünə qəsddə əlbirlik. Bu halların insan ölümlərinə, digər ağır fəsadlara səbəb olduğu bildirilirdi.

İttiham tərəfi müttəhimə 15 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Hökm qiyabi çıxarılıb, Yanukovych-in hazırda Rusiyada olduğu güman edilir. Keçmiş prezident cinayət işini siyasi motivli sayır.

Moskvapərəst Yanukovych 2014-cü ilin fevralında Maydan hərəkatı nəticəsində devrilib. Rusiya martda Ukraynanın Krım vilayətini ilhaq edib, Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə 10 min 300-dən çox adam həlak olub.