Əfqanıstanın cənubunda bir evə raket zərbəsindən eyni ailənin 16 üzvü həlak olub. Məlumatı əfqan rəsmiləri yanvarın 24-də verib.
Hava zərbəsi Əfqanıstan qüvvələri və Taliban yaraqlıları arasında ağır döyüş zamanı Sangin vilayətinə endirilib, Helmand vilayət şurasının rəhbəri Attaullah Afghan deyib.
Onun sözlərinə görə, ölənlərin hamısı bir ailədəndir, ölənlər arasında səkkiz uşaq, üç qadın var.
Vilayət valisinin sözçüsü təhqiqat başlandığını söyləyib.
Hava zərbəsini əfqan qüvvələrinin, yaxud NATO-nun endirdiyi bəlli deyil. NATO adətən əfqan quru qüvvələrini havadan dəstəkləyir.
NATO bəyanatında bildirib ki, Əfqanıstanın bir neçə gündür Sangində apardığı əməliyyatı ABŞ müşavirləri və koalisiyanın raket zərbələri dəstəkləyir.