Braziliyada bəndin dağılması nəticəsində azı 9 nəfər ölüb,300-ə yaxın adamsa itkin düşüb

Braziliyada bənd dağılıb. 25 yanvar 2019.

Bbraziliyada bəndin dağılması nəticəsində azı 9 nəfər ölüb,300-ə yaxın adamsa itkin düşüb.

Bu barədə yanvarın 26-da Reuters agentliyi və Globo televiziyası məlumat verir.

İnsident , ölkənin cənub-şərqindəki Belu-Orizonti şəhəri ətrafında baş verib.

Dəmir-filiz yatağının tullantıları,çirkablarını saxlayan bənd yanvarın 25-da dağılıb.

Nəticədə sel ətrafdakı tikili və bir neçə evi basıb.

Hadisə yerində 100-ə yaxın xilasedici çalışır. Ətrafdakı evlərin sakinləri köçürülüb.

3 nazir dərhal hadisə yerinə yollanıb, həmçinin ölkə prezidenti yanvarın 26-da həmin əraziyə baş çəkməyi planlaşdırır.