Sibirdə kütləvi təxliyələr aparılıb

Rusiyada məktəb, arxiv fotosu

Sibirdə çoxsaylı bomba hədələrinə görə minlərlə adam administrativ binalardan, xəstəxanalardan, məktəblərdən çıxarılıb.

Yerli media bomba təhdidlərinin yanvarın 28-də elektron poçtla göndərildiyini yazır. Həmin emaillərin göndərildiyi binalara bombalar qoyulduğu iddia olunub.

Kemerovo, Xakasiya, Omsk, Novosibirsk, İrkutsk, Altay diyarı, Krasnoyarsk diyarı regionlarına təxliyələr aparılıb.

Xakasiya və Novosibirsk regionlarının rəsmiləri bomba tapılmadığını bildiriblər.

Bu təhdidlərin arxasında kimin dura biləcəyi açıqlanmır.

Ötən həftə oxşar emaillər ucbatından Sibir və Uzaq Şərq regionlarında kütləvi təxliyələr aparılmışdı.

2017-ci ilin payızında isə Rusiyanın bir çox şəhərlərində telefonla edilən anonim bomba təhdidləri minlərlə adamın köçürülməsiylə sonuclanmışdı.

Sözügedən halların heç birində bomba tapılmayıb.